«Simurq» zirvəyə qayıtdı
«Simurq» ilk dəfə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında XIV turun oyunları başlayıb. İdman.com.az xəbər verir ki, turun ilk günündə 3 matç keçirilib. Gəncədə «Kəpəz»in qonağı olan «Xəzər Lənkəran» Branimir Subaşiçin 11-metrlik cərimə zərbəsindən vurduğu erkən qolla qələbə qazanıb. Bu uğur «gəmiqayıranlar»ı ilk «altılığ»a qaytarıb.

Yarış cədvəlinin 2-ci pillədə qərarlaşan «Qarabağ» məğlubiyyətdən güclə qurtulub. «Ağlar»ın xilaskarı Vaqif Cavadov olub. Milli komandanın hücumameyilli yarımmüdafiəçisi 85-ci dəqiqədə bərabərlik qolunu vurub (1:1).

Günün son matçı Zaqatalada keçirilib. Bu görüşdə ehtimal özünü doğrultmayıb. Meydan sahibi «böyük qardaş»ı «İnter»i yeganə qola məğlub edib - 1:0. Adıçəkilən uğur «Simurq»un tarixində «bankçılar» üzərində ilk qələbəsi olub.

Xəbər 1170 dəfə oxundu.