Azad Rəhimov Latın Amerikası ölkələrinin gəncləri ilə görüşüb
20 noyabr - 2 dekabrda 4 Latın Amerikası ölkəsi ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır. Bu müddətdə Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan 43 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Səfər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

İdman.com.az xəbər verir ki, noyabrın 23-də nümayəndə heyəti Gənclər və İdman Nazirliyində oldular. Qonaqları salamlayan nazir Azad Rəhimov bildirdi ki, Gənclər və İdman Nazirliyi dünyanın bir çox ölkələri ilə beynəlxalq əlaqələrə malikdir. Lakin əfsuslar olsun ki, bu ölkələr arasında Latın Amerikası dövlətləri hələlik yoxdur.

Bu səfərin Azərbaycanın Kolumbiya, Kosta-Rika, Meksika və Panama ilə gənclər sahəsindəki əlaqələri baxımından ilk addım olduğunu bildirən nazir Azd Rəhimov qeyd etdi ki, bu xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir: “Sizin üçün ölkəmizlə tanışlıq üçün geniş proqram tərtibbn olunub. Ümidvaram ki, Siz burdan öz vətəninizə qayıtdıqdan sonra, öz ölkənizdə Azərbaycanın gənc səfiri missiyasını daşıyacaqsınız”.

Görüşdə qonaqlara Gənclər və İdman Nazirliyi barədə ətraflı məlumat verən nazir daha sonra gəncləri maraqlandıran sualları cavablandırdı.
Gənc qonaqlar əsasən, dövlət gənclər siyasəti və Azərbaycanın idman nailiyyətləri ilə maraqlandılar.

Xəbər 1460 dəfə oxundu.