Azərbaycanın gənc boksçulardan ibarət millisi tarixi uğura imza atıb
Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmanın 5 boksçusu mundialın yarımfinalına adlayıb.

Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib.

Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Komanda indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.

Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.

Qeyd edək ki, əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl Azərbaycanın 4 boksçusu yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçuların qazancı 4 bürünc medal olub.

Xəbər 128 dəfə oxundu.