Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb | |
Azərbaycan atleti Ravin Alməmmədov Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb. 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təkanlaqaldırmada isə 187 kq-ın öhdəsindən gəlib və nəticədə gümüş medala yiyələnib. R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb. |
|
Xəbər 23 dəfə oxundu. |
|
|