“Neftçi” üçün əlamətdar yarış
Flavinyonun Avropa Liqasının qrup mərhələsinin V turunun Serbiya “Partizan”ı ilə oyunda vurduğu qol “Neftçi” üçün əlamətdar olub. Braziliyalı futbolçu komandasının bu turnirdə yubiley qolunun müəllifi kimi tarixə düşüb. Belə ki, bakılılar bu qarşılaşmayadək (1:1) əvvəllər UEFA kuboku adlanan indiki Avropa Liqasında 14 qol vurmuşdu. Flavinyonun 15-ci qolun müəllifi olması həm də “Neftçi” üçün qol vurmaq basımından ən münasib yarışın adına aydınlıq gətirib. Məsələ ondadır ki, bu qarşılaşmayadək “ağ-qaralar” həm Çempionlar Liqasında, həm də Avropa Liqasında eyni sayda – 14 dəfə fərqlənmişdi. İndi isə 2-ci dərəcəli klub turnirindəki qolların sayısı artıq 15-ə çatdı.

Qeyd edək ki, avrokuboklarda 36 qolu olan paytaxt təmsilçisi daha 7 dəfə İntertoto kubokunda sevinib. Kuboklar kubokunda isə rəqib qapılarına yol tapmayıb.

Xəbər 1119 dəfə oxundu.