Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb | |
Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Idmançı finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli dünya çempionatında qızıl medala yiyələniblər. |
|
Xəbər 261 dəfə oxundu. |
|
|