Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenboş şəhərində keçirilən “International Challenge” seriyalı “Yonex Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

O, şəxsi yarışda finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14:21,16:21) hesabı ilə uduzaraq gümüş mükafat əldə edib.

Xəbər 39 dəfə oxundu.