Avropa birinciliyi: Azərbaycan atletləri gümüş və bürünc medal qazanıblar
Azərbaycan atletləri Polşada keçirilən Avropa birinciliyində gümüş və bürünc medal qazanıblar.

Tehran Məmmədov (67 kq) birdənqaldırmada 133 kq-ı ram edərək gümüş medala sahib çıxıb.

Fuad Həsənov (67 kq) isə 131 kq nəticə ilə birdənqaldırma hərəkətində 4-cü olub. O, təkanlaqaldırmada 156 kq-ın öhdəsindən gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

F.Həsənov toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medalı hesabına yazdırıb.

Xəbər 38 dəfə oxundu.