Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 9 medalla başa vurublar | |
Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirini 9 medalla başa vurublar. Yarışın son günlərində komanda 7 medal qazanıb. Şəbnəm Mansurova U-15 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli isə üçuncü yeri tutub. U-19 yaş kateqoriyasında da gücünü sınayan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçüncü olublar. Qeyd edək ki, yarışın ilk günündə O.Quluzadə ilə Y.Məmmədli U-13 yaş qrupunda baş mükafata yiyələnib. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurublar. |
|
Xəbər 41 dəfə oxundu. |
|
|