Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Jalə Əliyeva Azərbaycan qadın güləşi tarixində U-23 kateqoriyasında dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb.

Həmçinin Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazanıblar.

Xəbər 270 dəfə oxundu.