Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb
Azərbaycan güləşçisi Maqomed-Başir Xaniyev (70 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının finalında rusiyalı Maqomed Eltemirova (AİN) 5:4 hesabıyla qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycanın 23 yaşadək güləşçilərdən ibarət millisi oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında iştirak edir.

Mundiala yunan-Roma güləşçilərinin mübarizəsi ilə start verilib.

Xəbər 264 dəfə oxundu.