Azərbaycan gimnastları Almaniyada iki qızıl medal qazanıblar
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yeri tutublar.

Onlar fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 37 dəfə oxundu.