Naxçıvan kikboksçuları İstanbulda uğurlu çıxış ediblər | |
Naxçıvan kikboksçuları İstanbulda keçirilən peşəkar döyüş gecəsində uğurlu çıxış ediblər. “Öncü Fight Club”un təşkilatçılığı ilə baş tutan turnirdə Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 3 idmançı mübarizə aparıb. Nəsimi Hüseynov və Polad İsmayılov K1 versiyasında döyüşlərini qələbə ilə tamamlayaraq qızıl medala yiyələniblər. Yalnız finalda uduzan Elnur Babayev isə gümüş medal qazanıb. |
|
Xəbər 37 dəfə oxundu. |
|
|