Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib.

9:0 hesabı ilə qələbə qazanan Quluzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, mundial oktyabrın 27-də başa çatacaq.

Xəbər 42 dəfə oxundu.