Gənclər və İdman Nazirliyi “Sağlam həyat” layihəsi çərçivəsində Göygöl və Naftalanda tədbir keçirib
Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili Göygöl və Naftalan şəhərlərində olub.

Göygöl şəhəri, Heydər Əliyev parkında baş tutan tədbirə 150-dən çox idman həvəskarı, Naftalan şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirə isə 200-dək iştirakçı qoşularaq öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetiriblər.

Naftalanda şəhər sakinləri ilə yanaşı, bu şəhərdə müalicə alan turistlər də iştirak edərək, müxtəlif idman növlərində qüvvələrini sınayıblar.

Qeyd edək ki, "Sağlam həyat" layihəsi çərçivəsində səyyar idman avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.

Xəbər 14 dəfə oxundu.