Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024”də medal qazanıblar
Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıblar.

Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.

A.Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 200 metr məsafəyə kayakla mübarizəsində birinci olub. C.Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.

Xəbər 13 dəfə oxundu.