Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib.

Mərasim Milli Gimnastika Arenasında baş tutub.

Açılışa Azərbaycanın və yarışda iştirak edəcək ölkələrin gimnastika federasiyalarının nümayəndələri qatılıblar. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, idmançılara uğurlar arzulayıb.

Ardınca konsert proqramı baş tutub. Müxtəlif musiqi qrupları çıxış ediblər.

Daha sonra yarışa rəsmən start verilib.

Qeyd edək ki, 14 ölkədən 500-dən çox idmançının qatıldığı XV Avropa çempionatı oktyabrın 19-dək davam edəcək.

Xəbər 17 dəfə oxundu.