Azərbaycan boksçusu Avropa çempionatında bürünc medalı təmin edib | |
Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə minimum bürünc medalı təmin edib. 1/4 finaldan mübarizəyə başlayan idmançı Nili Brukla (Şotlandiya) üz-üzə gəlib. Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan M.Savriyeva özü üçün ən azı bürünc medalı təmin edib. Qeyd edək ki, idmançı oktyabrın 17-də yarımfinalda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq. |
|
Xəbər 97 dəfə oxundu. |
|
|