Azərbaycan cüdoçusu Əbu-Dabidə gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə gümüş medal qazanıb.

İdmançı finalda Valeri Endotovskiyə (AİN) məğlub olub.

Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Murad Fətiyev (90 kq) və Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.

Xəbər 93 dəfə oxundu.