Avropa Kuboku: "Azərreyl" çempion olub | |
"Azərreyl" klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub. Komanda həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib. İki oyundan birində “Azərreyl" (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb. |
|
Xəbər 116 dəfə oxundu. |
|
|