Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb | |
Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb. Milli üzvü yarışın son günüdə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub. Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir. |
|
Xəbər 119 dəfə oxundu. |
|
|