Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Əjdər Bağırov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Milli üzvü 100 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Ə.Bağırov bürünc medal uğrunda görüşdə iranlı Əli Reza Niksereştə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ikinci bürünc medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) mundialda üçüncü yerə sahib çıxıb.

Xəbər 187 dəfə oxundu.