Azərbaycan boksçuları Qazaxıstandakı beynəlxalq turnirdə 4 medal qazanıblar
Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Millinin heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) ikinci yeri tutub. Mübarizəni yarımfinalda dayandıran Tayfur Əliyev (60 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanı Aktauda hakim kimi İlqar Qasımzadə təmsil edib.

Xəbər 188 dəfə oxundu.