Azərbaycan sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb
Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıb.

“Xadartsov qardaşları kuboku”nda İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.

Xəbər 179 dəfə oxundu.