Azərbaycan boksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
Azərbaycanın iki boksçusu Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turniri medalla başa vurub.

Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqiblər qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.

Qeyd edək ki, Azərbaycan yarışda 2 boksçu ilə təmsil olunub.

Xəbər 193 dəfə oxundu.