Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb
Azərbaycanın daha bir bədii gimnastı Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.

Zəhra Cəfərova top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.

Qeyd edək ki, daha əvvəl Şəms Ağahüseynova qızıl mükafata sahib çıxıb. Yarışa sentyabrın 29-da yekun vurulacaq.

Xəbər 222 dəfə oxundu.