Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.

Batumi sınaqlarının ikinci günündə əvvəlcə Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışında etimadı doğruldub.

16 yaşlı idmançılar U-19 yaş kateqoriyasında üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü olub.

Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Xəbər 195 dəfə oxundu.