İngiltərə mətbuatı Rafael Benitesin paxırını açıb
İngiltərə mətbuatı Rafael Benitesin paxırını açıb. “Çelsi”dən aldığı təklifə müsbət cavab verib komandanın başına keçən mütəxəssis verdiyi sözü tutmayıb.
Belə ki, Benites 2007-ci ildəki bir müsahibəsində İngiltərədə “Liverpul”dan başqa komanda çalışdırmayacağını bildirib: “Heç vaxt “Çelsi”nin baş məşqçisi olaraq “Stanford Bric”də olmayacam. “Çelsi” böyük klubdu və fantastik oyunçuları var. Hər bir məşqçi belə böyük bir klubu çalışdırmaq istəyər. Amma mən bu işi qəbul etməyəcəm. Çünki keçmiş komandam “Liverpul”a sayğım var. Mənim üçün İngiltərədə sadəcə bir klub var ki, o da “Liverpul”du.

Xəbər 897 dəfə oxundu.