Azərbaycan gimnastları Portuqaliyada daha bir qızıl medal qazanıblar
Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Cütlük bu dəfə balans hərəkətlərində yüksək nəticə göstərib.

Gimnastlar daha öncə qarışıq hərəkətlərdə birinci yeri tutmuşdu.

Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.

Xəbər 204 dəfə oxundu.