Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal qazanıb
Azərbaycanın güləşçiləri Qazaxıstanın Atırau şəhərində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində üç medal qazanıb.

Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 güləşçi təmsil edib.

Xəbər 126 dəfə oxundu.