Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib | |
Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb. III Moldova ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib. Aydın Süleymanlı – İvan Şitko 1:0 Nicat Abasov – Andrey Makovey 0,5:0,5 Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0 Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5 Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 6-ya çatıb. Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. |
|
Xəbər 26 dəfə oxundu. |
|
|