Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal qazanıblar
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun qazancı isə bürünc medal olub. 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparır.

Xəbər 23 dəfə oxundu.