Azərbaycan V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb
Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında növbəti medalları qazanıb.

Alış yarışında Cəsur Mehdiyev (80 kq) bürünc mükafata sahib çıxıb.

Eyni növdə mübarizə aparan Şəhanə Alməmmədova (75 kq) da bürünc medal əldə edib.

Qeyd edək ki, daha əvvəl qazaq güləşində üç medal qazanılıb.

Xəbər 35 dəfə oxundu.