Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif ediliblər
Azərbaycan Milli Paralimpiya komandası üzvləri Aslanov Orxan Əlövsət oğlu və Vəliyeva Lamiyə Rövşən qızı “Şöhrət” ordeni ilə təltif olunublar.

Onlar Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bu ordenlə təltif ediliblər.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 1 qızıl (100 metr məsafəyə qaçış) və 1 gümüş (400 metr məsafəyə qaçış) medal qazanıb. Paraatlet Orxan Aslanov uzunluğa tullanma üzrə (T13 kateqoriyası) çempion olub.

Xəbər 126 dəfə oxundu.