Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
Azərbaycanın sumo güləşçiləri Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında üç medal əldə ediblər.

Yığmanın hər üç üzvü bürünc mükafata sahib çıxıb.

80 kq-da Cavidan Nəhmətov, 85 kq-da Şərif Abdullah və 100 kq-da Çingiz Səmədov fəxri kürsüdə yer alıb.

Xəbər 128 dəfə oxundu.