Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
Azərbaycanın bədii gimnastları San-Marinonun Serravalle şəhərində keçirilən “San Marino Cup”da 7 medal qazanıblar.

Böyüklərin mübarizəsində İlona Zeynalova çoxnövçülükdə, halqa və topda gümüş, gürz və lentlə hərəkətlərdə bürünc mükafata sahib çıxıb.

Gənclərdə isə Şəms Ağahüseynova lenlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş medal əldə edib.

Xəbər 125 dəfə oxundu.