Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb | |
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşdə ilk medalçılar müəyyənləşib. Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6. Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb. |
|
Xəbər 127 dəfə oxundu. |
|
|