Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb | |
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. +90 kq çəkidə yer alan ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib. Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb. Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. |
|
Xəbər 128 dəfə oxundu. |
|
|