Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

O, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Xəbər 193 dəfə oxundu.