Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb
Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərindəki beynəlxalq turnirdə 4 medal qazanıblar.

Yığmanın məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 3 gümüş və 1 bürünc medal əldə ediblər.

75 kq-da çıxış edən Abbasqulu Şadlinski Subotiçada ikinci və Sarayevoda ikinci yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.

Xəbər 221 dəfə oxundu.