Stend atıcılığı üzrə Bakı birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı birinciliyi keçirilib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda fərqli idman klublarını təmsil edən 40-dan çox gənc idmançı stend atıcılığının dairəvi stend, səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Üç gün davam edən turnirdən sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Dairəvi stend

Qızlar
1. Daniella Ulanova
2. Cəmilə Paşayeva
3. Minayə Novruzova

Oğlanlar
1. Məhəmməd Teyyublu
2. Aslan Qurbanov
3. Hüseyn Mahmudov

Səngər stendi

Qızlar
1. Aylin Quliyeva
2. Nərmin Cəfərova
3. Nərmin Bədəlli

Oğlanlar
1. Mürtəza Novruzlu
2. Mirzə Meybullayev
3. Kamil Mədətov

Dairəvi stend, qarışıq komanda
1. Daniyella Ulanova - Eldar Əjdərov
2. Cəmilə Paşayeva - Murad Allahverdiyev
3. Məhəmməd Teyyublu - Minayə Novruzova

Səngər stendi, qarışıq komanda
1. Nərmin Bədəlli - Mirzə Meybullayev
2. Cəlal Məmmədov - Nərmin Cəfərova
3. Mürtəza Novruzlu - Həqiqət Cəfərova

Xəbər 233 dəfə oxundu.