Bakı çempionatı keçiriləcək
23-25 noyabrda Novxanı atçılıq mərkəzinin qapalı manejində konkur növü üzrə «CSI-1*-W» kateqoriyalı dünya kubokunun təsnifat mərhələsi və Bakı çempionatı keçiriləcək.

Atçılıq Federasiyasından idmanşcom.az–a verilən məlumata görə, turnirdə yerli idmançılarla yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparacaqlar.

2 yarışda ən yaxşı nəticə göstərən azərbaycanlı çapar Bakı çempionu adına layiq görüləcək. Beynəlxalq turniri İran, Türkiyə və Bolqarıstandan dəvət olunan hakimlər briqadası idarə edəcək.

Yarışlar hər gün saat 12:00 da başlayacaq. Dünya kubokunun təsnifat mərhələsi və Bakı çempionatı yarışlarının ümumi mükafat fondu 9500 avrodur. Beynəlxalq atçılıq turnirinə bütün media nümayəndələri dəvət olunub.

Xəbər 1257 dəfə oxundu.