Azərbaycan gimnastları Portuqaliyada daha iki medal qazanıblar
Azərbaycan gimnastları Ömər Qasımlı və Əli Niftəliyev Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində daha iki medal qazanıblar.

Ö.Qasımlı qızıl, Ə.Niftəliyev isə gümüş medala yiyələnib.

Qeyd edək ki, hər iki idmançı batut gimnastikası üzrə yarışıb.

Xəbər 20 dəfə oxundu.