Bilyard üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası (ABF) tərəfindən təşkil olunan Pool 9 intizami üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib.

Yarış 12-19 yaş qrupu arasında keçirilib.

Qızıl medalı Ədalət Məmmədov qazanıb. Rəvan İbrahimli gümüş, Abbas Cəfərov və Süleyman Babayev isə bürünc medal sahibi olub.

Qeyd edək ki, tədbir gənclərin idmana marağını artırmaq və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunub.

Xəbər 30 dəfə oxundu.