Böyükağa Hacıyevdən qələbə vədi
«Neftçi» klubunun baş məşqçisi Böyükağa Hacıyev, Avroliqanın qrup mərhələsinin V turunda bu gün «Partizan»la keçiriləcək oyun öncəsi fikrini açıqlayıb.

İdman.com.az-ın xəbərərinə görə, mütəxəssis yenə iddialı danışıb. Bildirib ki, oyunun gedişində bütün məsələlərə aydınlıq gələcək: «Mən həmişə iddialı danışmışam. Meydana yenə qələbə üçün çıxacağıq.

Futbolçuları 5 gündür qələbə yönündə motivasiya edirəm. Yalnız onu deyə bilərəm ki, bu dəfə fərqli taktika ilə oynayacağıq. Yəni 4-5-1 yox, başqa düzülüşə üstünlük verəcəyik».

Xəbər 858 dəfə oxundu.