Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüş olub
Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi rəsmiləri Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Görüş zamanı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Daha sonra Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılarımıza uğurlar arzulanıb. Onların yarışda parlaq qələbələrə imza atmaq əzmində olduqları bildirilib.

Xəbər 189 dəfə oxundu.