Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Kişilər arasında ölkə çempionatında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Qeyd edək ki, oktyabrın 4-dən 7-nə qədər keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar ABŞ-nin Nyu-York şəhərində keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Xəbər 208 dəfə oxundu.