Azərbaycan atleti Polşada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
Azərbaycanın atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb.

İdmançı çəkicatma yarışında 71.82 metr nəticə göstərib.

Bu nəticə ilə A.Skidan mötəbər yarışda 2-ci yeri tutub.

Xəbər 204 dəfə oxundu.