Azərbaycan taekvondoçuları Özbəkistanda 4 medal qazanıblar | |
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar. 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər. Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər. Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib. |
|
Xəbər 58 dəfə oxundu. |
|
|