Əmrah Çəlikəl: Heyətə bir neçə səviyyəli futbolçu gələcək
«Qış fasiləsində komandanı gücləndirəcəyik. Heyətə bir neçə səviyyəli futbolçu gələcək. Kimin gələcəyinə isə baş məşqçi Qurban Qurbanov qərar verəcək». Bunu idman.com.az-a açıqlamasında «Qarabağ» klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. Mütəxəssisin sözünə görə, mövsümün sonunda müqaviləsi başa çatacaq bir neçə aparıcı futbolçuya yeni sözləşmə təklif olunacaq.

««Qarabağ» klubunun çox yaxşı heyəti var. Heyətimizi əsasən yerli futbolçular təşkil edir. Bəziləri ilə mövsümün sonunda anlaşmamız başa çatır. Amma onları itirmək istəmirik. Gələn yay onlara masa arxasında söhbət edəcəyik. Yəqin ki, anlaşarıq».

Yekunda, Əmrah bəy cari mövsüm hədəfin yalnız yüksək yer uğurunda mübarizə olduğunu əlavə edib. Deyib ki, «Qarabağ» uzun müddətdir qızıl medala sahib ola bilmir. Artıq bu mövsüm çempionluğa yetişməyin tam zamanı çatıb.

Xəbər 1319 dəfə oxundu.